
RegionTV.info bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus təhlükəsizlik məsələlərinə həsr olunmuş forumda videoformatda çıxışı zamanı deyib.
O xatırladıb ki, rəsmi statistikaya görə, dünyada koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb, ancaq real rəqəm bundan xeyli artıqdır.
Ümumdünya Səhiyyə Təşkilatının noyabrın 16-na olan məlumatına görə, pandemiya başlayandan dünyada 253 640 693 nəfər bu virusa yoluxub və 5 104 899 ölüm faktı qeydə alınıb.