Vətəndaş Vahid Elektron Müraciət Təyinat Altsisteminə (VEMTA) gəliri ilə bağlı məlumatı düzgün bəyan etmədikdə ünvanlı dövlət sosial yardım müraciətinə imtina cavabı verilir.\
RegionTV.info xəbər verir ki, bunu DSMF-nin "Sosial saat" verilişində çıxışı zamanı Fondun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov deyib.
O qeyd edib ki, ünvanlı dövlət sosial yardım müraciətlərində ən çox rastlaşdığımız imtina səbəbləri bəyan edilən gəlirlər ilə bağlı uyğunsuzluqlar olur.
"Bir çox hallarda vətəndaşlar ailə gəlirlərini aylıq əsasda bəyan edirlər. Lakin VEMTA-da son müraciət etdiyi gündən geriyə son 12 ayın gəlirləri bəyan edilməlidir. Bundan əlavə, ailə tərkibi düzgün qeyd edilməlidir" - deyə, o bildirib
Xəbəri paylaş