
RegionTV.info bildirir ki, hadisə ilə bağlı REN TV kanalı xəbər yayıb. İki ildən artıqdır ki, qadınla görüşdüyünü deyən şəxs günlərin birində romantik günlərə son qoymaq istədiyini deyib. Lakin qadın cinsi əlaqə zamanı onu gizli şəkildə telefonla lentə aldığını bildirib. O, söz verib ki, kişi onu tərk edərsə, kadrları həmkarlarına göndərəcək. Təhdidini yerinə yetirib və videonu klinikanın işçilərindən birinə göndərib. Nəticədə də, baş direktor hüquq-mühafizə orqanlarına ərizə yazıb.