Yekaterinburqlu 15 yaşlı məktəblinin son üç il ərzində 9 yaşlı ögey bacısını zorlaması faktı hər kəsi şoka salıb.RegionTV.info xəbər verir ki, qız əvvəlcə hər şeyi oxuduğu gimnaziyanın direktoruna danışıb. Qız izahat verib ki, ögey qardaşı onu ilk dəfə 2019-cu ilin yanvarında, valideynləri evdə olmayanda təcavüz edib. Qız direktorla söhbət etdikdən sonra baş verənləri atasına danışıb. Məlum olub ki, yeniyetmə törətdiyi cinayətləri etiraf edib. Hazırda 19 zorakılıq epizodu məlumdur.


