Bakıda yeniyetmə qızın əməli eşidənləri dəhşətə gətirir.
RegionTV.info xəbər verir ki, bu qız şəhərin müxtəlif yerindən taksilərə yaxınlaşır və sürücüyə onu dediyi ünvana çatdırmasını istəyir. O, taksi sürücüsünə 2-3 ünvana gedəcəyini deyir, sonra maşını 9-cu mkr-da "Tərlan" şadlıq sarayının yaxınlığında yereləşən "Favorit" yaşayış kompleksinin dayanacağına sürdürür və gözləməsini istəyir. Sürücünün pulunu ödəməmiş deyir ki, "məndə pul kartdadır" və bu kimi müxtəlif bəhanələrlə taksilərdən 20-30 manat alıb evə verib, gələcəyini bildirir. Beləcə, "qaraj"dan liftə daxil olur, bir müddət liftlə aşağı-yuxarı qalxıb, düşür və vaxt qazanır, sonra da binanın qabaq çıxışından çıxıb gedir.
Həmin ərazidəkilərin dediklərinə görə, bu qız həftədə 5-6 dəfə fərqli taksi sürücüsü ilə bu əraziyə gəlir.
Xəbəri paylaş