
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39287 vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9625, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23670 nəfərdir.
