Suriya probleminin Türkiyəsiz həll olunması ehtimalı yoxdur.
RegionTV.info xəbər verir ki, bu sözləri ABŞ-ın Suriya üzrə keçmiş nümayəndəsi Ceyms Cefri deyib.
O, hazırda Yaxın Şərqdə ciddi münaqişənin yaşandığını bir daha təsdiqləyib:
"İran, Rusiya, ABŞ, Türkiyə və ən azı Hərbi Hava Qüvvələri ilə birgə İsrail Suriya mövzusuna daxildir. Türkiyə təhlükəsizlik məsələləri səbəbindən regiondan ayrılmaq istəmir. Ankara sərhəd boyunca müdafiə olunmaq məcburiyyətindədir".
Diplomat onu da əlavə edib ki, Suriya rejimi provokasiya yaratmağa cəhd edir:
"Suriyada İŞİD-in öldürdüyü əsgərlərdən söhbət gedir. Əsəd rejimi bu terrorçuları təşviq edir, zəmin hazırlayır. Suriya rejimi, həmçinin narkotik ticarətinə də himayədarlıq edir. Bununla da öz hərbi qüvvələrini maddi cəhətdən təmin edir. İqtisadi cəhətdən üstünlük qazanmağa çalışır".
Xəbəri paylaş