Ukraynada koronavirusa qarşı vaksinin hər iki dozasını vurduran şəxslərə pul mükafatı veriləcək.
RegionTV.info xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Zelenski "Telegram" kanalındakı videomüraciətində bildirib.
Onun sözlərinə görə, dekabrın 19-dan start götürəcək proqram çərçivəsində vaksinasiyasını tamamlayan şəxslərə 1000 qriven (təxminən 64 manat) ödəniləcək.
Bu vəsaitdən yalnız idman, kino zalları, teatr və muzeylərə səfər üçün istifadə edilməsi mümkün olacaq. Bununla da, pandemiyadan ən çox əziyyət çəkən sektorlara dəstək veriləcək.
Xəbəri paylaş