
ABŞ ordusu Rusiyanın Ukrayna ilə sərhədləri yaxınlığındakı qeyri-adi hərbi fəaliyyətini təşvişlə izləməkdə davam edir və rusiyalı həmkarlarını şəffaflığa çağırır.
RegionTV.info xəbər verir ki, bu açıqlama ilə Pentaqonun sözçüsü Con Kirbi çıxış edib.
"Biz Rusiyada qeyri-adi hərbi aktivliyi və qüvvələrin cəmləşməsini müşahidə etməkdə davam edirik. Bu, Ukrayna sərhədlərinə yaxındır və bizi narahat edir", - Kirbi qeyd edib.