Ukrayna, Fransa və Almaniya Donbasla bağlı razılığa gəldi
Tarix: 16-11-2021, 10:30Xəbərə baxış: 128
Ukrayna, Almaniya və Fransa xarici işlər nazirləri Donbasda təhlükəsizliyi müzakirə ediblər. RegionTV.info xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba məlumat verib. Onun sözlərinə görə, üçtərəfli görüş zamanı "Normand formatı"nın (Rusiya, Almaniya, Ukrayna və Fransa) qorunub saxlanılması ilə bağlı razılığa gəlinib.