Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda 15 yaşlı oğlan doğum günü faciəli şəkildə öldü

Göyçay rayonunda yeniyetmə oğlan faciəli şəkildə dünyasını dəyişib.
Riatv.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb.
Rayon sakini, 2005-ci il təvəllüdlü Qədirov Fərid Əhliman oğlu uşaqlarla birgə oynayarkən ehtiyatsızlıq edib, həyətin dəmir darvazasını qəflətən üstünə aşırıb.
Ağır bədən xəsarətləri alan Fərid Qədirov təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. O, tibbi yardım göstərilməsinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, 14 noyabr Fərid Qədirovun ad günü idi, onun 15 yaşı tamam olurdu.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də