
RegionTV.info xəbər verir ki, bununla bağlı RİH başçısı Rafiq Cəlilov müvafiq əmr imzalayıb.
Məlumata görə, RİH-də daha bir neçə vəzifəli şəxsin işdən çıxarılacağı gözlənilir.
Qeyd edək ki, M.Məmmədov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. O, bu təyinata qədər Cəlilabad Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışıb. M.Məmmədov Cəlilabadın sabiq icra başçısı Namiq Zeynalov həbs olunduqdan sonra 2020-ci ilin dekabr ayından bu ilin sentyabr ayına qədər icra başçısının səlahiyyətlərini icra edib.
Xatırladaq ki, bu ilin sentyabr ayında Cəlilabada yeni başçı vəzifəsinə Rafiq Cəlilov təyin olunub