Azərbaycanlı həkim beynəlxalq tribunada... FOTOLAR
Dr. mama-ginekoloq Əminə Allahverdiyeva noyabrın 11-də Türkiyədə öz işinə başlayan "TSRM 2021" beynəlxalq kongresində iştirak etib. Kongresdə əsasən reproduktiv sağlamlıq, sonsuzluğa aid olub, qadın xəstəlikləri ilə bağlı geniş məruzələr olundu, beynəlxalq təcrübələr paylaşılıb. Aybaşı pozğunluqları, uzanmış və düzənsiz aybaşılar, polikistoz yumurtalıqlar, süni mayalanma və aşılanmada istifadə edilən son texnologiyalar, düşüklərdə istifadə olunan hormonal dərman vasitələri, tüklənmənin səbəbləri və PPR haqqında genişmiqyaslı müzakirələr aparılıb.
Op.Dr. mama-ginekoloq Əminə Allahverdiyeva ölkəmizdə ginekoloji sahədə aktual problemlər və öz təcrübəsində onların həlli yolları istiqamətində fəaliyyəti bağlı konfrans iştirakçılarına məlumat verib. Daha sonra mövzular araşdırılıb. Kongres noyabrın 14-nə qədər davam edib.
Qeyd edək ki, Əminə həkim həm də estetik ginekoloq olaraq ən çox tərcih görən həkimlərdəndir. Regionlarda da pasiyentlərini qəbul edən həkim müsahibəsində “həkim hər an hər yerdə pasiyent üçün əlçatan olmalıdır” devizini əsas tutur.