Şəki şəhərində "İnstaqram" sosial şəbəkəsində tanış olduğu şəxsə özünü bank işçisi, eləcə də xeyriyyəçiliklə məşğul olan biri kimi təqdim edən Elnur Nurəhmədov şübhəli şəxs qismində tutularaq isintaqa cəlb edilib.
Bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib.
Rəsmi məlumata görə, Elnur Nurəhmədov zərərçəkmişdən aldığı pulla taxıl məhsulları alıb-satacağını, əldə etdiyi gəlir üzrə 1450 manatın qarşılığında ona 2500 manat qaytaracağını vəd edib.
“Aparılan araşdırmalarla o da müəyyən olunub ki, digər bir şəhər sakininin bank kartından pul oğurlayıb. Belə ki, bankomatın qarşısında bir qadın ondan kartında olan pulu çıxarmasını xahiş edib. Kartın balansında 756 manat pulun olduğu görən E.Nurəhmədov qadına kartdan pul çıxarmağın mümkün olmadığını bildirib, əvəzində ona istifadə müddəti bitən başqa plastik kart verib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, “102” Zəng Mərkəzinə və Şəki Şəhər Rayon Polis Şöbəsinin (02424) 4-25-50 şəhər, (055)628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”.