“Ötən həftə müstəqil türk dövlətləri liderlərinin təmsil olunduğu Türk Şurasının İstanbul Sammiti öz tarixi qərarları ilə türk dünyası tarixinə qızıl hərflərlə həkk olundu. Hansı ki buraya təşkilatın adının dəyişdirilərək “Türk Dövlətləri Təşkilatı” adlandırılması, “Türk dünyasına baxış - 2040” konsepsiyasının qəbul edilərək türk respublikaları liderləri tərəfindən bəyəmnamənin imzalanması, Naxçıvan bəyəmnaməsindən üzü bu tərəfə qət edilmiş 12 il ərzində yol xəritəsi qismində çox mühüm irəliləyişlərin, uğurların qazanılması və s. daxildir. Ancaq bu görüşün ən həssas və diqqətçəkici məqamlarından biri də qalib Azərbaycan dövlətinin təşkilata sədrlik etdiyi dövrün pandemiya ilə mübarizəyə və 44 günlük Vətən Müharibəsində iştirakına təsadüf etməsinə rəğmən, rəsmi Bakının təşkilatın nüfuzunun artmasına ciddi dəstək verməsi oldu”.
Bunu “İslahatıçı Qadınlar və İnnovasiyalar” İB-nin sədri Vüsalə Hüseynli bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən Müharibəsində qələbəsi və 30 illik işğala son verərək, ərazilərini geri qaytarması faktı yalnız rəsmi Bakının deyil, bütün Türk dünyasının qələbəsi sayılır:
“Ali Baş Komandan İlham Əliyevin “Türk dünyasının Ali Ordeni” mükafatına layiq görülməsi isə yuxarıda qeyd etdiyimiz uğurun möhürü, türk respublikalarının liderləri tərəfindən bu uğurun təsdiqi kimi qəbul edilir.
Digər tərəfdən, İstanbul sammitində Azərbayan Prezidenti İlham Əliyev qalib Azərbaycanın, qalib türk dövlətinin sərkərdəsi kimi rəhbərlik etdiyi ölkənin yeni obrazını həm Türk dünyasına, həm də dünyaya təqdim etdi. Ölkə başçısı çıxışında bir çox məqamlara diqqət edərək, Azərbaycanın güclü dövlət, ciddi tərəfdaş, sadiq qardaş, ən önəmlisi isə prinsiplərinə daim sadiq dövlət olduğunu bəyan etdi”.