Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Abdullah Öcalanın qardaşı koronavirusdan öldü

PKK terror təşkilatının lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan koronavirusdan ölüb.
 
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, İraqda yaşayan O.Öcalan bir müddət əvvəl koronavirusa yoluxub və vəziyyəti ağırlaşdığından Ərbil şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.
O. Öcalan bu gecə koronavirusdan ölüb.
 
Qeyd edək ki, O. Öcalan da qardaşı Abdulla Öcalan kimi PKK liderlərindən sayılıb. A.Öcalan Türkiyədə həbsdədir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də