Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub - Nazir

"1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub".
 
Bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
 
Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir.
 
"O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb", - deyə nazir qeyd edib.
 
Nazirin sözlərinə görə, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları 108 milyard manata (63,5 milyard ABŞ dolları) çatacaq ki, bu da xarici dövlət borcundan bir neçə dəfə çoxdur.
M.Cabbarov onu da əlavə edib ki, cari ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının dövlət borcunu 6 dəfədən çox üstələyəcəyi gözlənilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də