Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Azəristiliktəchizat” 1 həftəyə 20 milyon borcu ödəyəcək?

“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarda, bu gündən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayıb.
 
“Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev Modern.az-a açıqlamasında deyib ki, “Azəristiliktəchizat” ASC-nin bu günə olan 20 milyon manat borcunun ödənilməsi üçün quruma 1 həftə vaxt verilib.
 
 
“Azəristiliktəchizat” uzun müddətə yığılan borcu 1 həftədə ödəyə biləcəkmi?
 
 
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev  bildirib ki, məsələ hər il dövlət tərəfindən tənzimlənir:
 
“Yaranmış borcların hamısı cari borclardır. Ötən illərdən “Azəristiliktəhcizat”ın heç bir borcu qalmayıb. Hər il bu məsələlər hökumət tərəfindən tənzimlənir”.
 
  • Əliyev qazanxanaların işə salınması ilə bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib:
 
“Qazanxanalar qarfikə uyğun olaraq işə salınıb. Çalışacağıq ki, vətəndaşlarımız əziyyət çəkməsinlər”.
 
20 milyon borcun 1 həftəyə ödənilməsinə gəlincə, qurum rəsmisi bu dəfə də məsələnin hökumət tərəfindən tənzimlənəcəyini vurğulayıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də