Erməni hərbi birləşmələrinin Laçın rayonu istiqamətindəki təxribatının qarşısı alınıb.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında “əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub”, - deyə qeyd edilib.
Hərbi mənbələrdən verilən məlumatlarda dövlət sərhədinin bərpa edilməsi çərçivəsində mövqelərimizin bir neçə kilometr irəli çəkildiyi bildirilir.
Bu xəbərlər rəsmi təsdiqlənməsə də, sosial şəbəkələrdə yeni videogörüntülər yayılıb.
Həmin görüntülərdən məlum olur ki, Azərbaycan hərbçiləri erməniləri onlara məxsus postdan çıxarır.
Məlumata görə, həmin post erməni silahlılarının Laçın istiqamətindəki təxribatından sonra cavab tədbiri olaraq həyata keçirilib.
Həmin videonu təqdim edirik:
VIDEOAzərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatında “əməliyyat şəraitinə uyğun olaraq Ordumuzun bölmələri tərəfindən əvvəlcədən müəyyən edilmiş plana əsasən zəruri fəaliyyətlər icra olunub”, - deyə qeyd edilib.