Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Avropa çempionatı: Azərbaycanın kişilərdən ibarət komandası ardıcıl üçüncü qələbəsini qazanıb

Azərbaycanın kişilərdən ibarət komandası Sloveniyada şahmat üzrə komandalar arasında keçirilən Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.
RegionTV.info bildirir ki, üçüncü turun oyunlarında Şəhriyar Məmmədyarovun Liviu-Diter Nisipyanunu məğlub etməsi komandamızın qələbəsində həlledici rol oynayıb. Belə ki, yığmamızın digər üzvləri Teymur Rəcəbov Aleksandr Donçenko, Rauf Məmmədov Vinsent Keymer, Nicat Abbasov Mattias Blübaum ilə heç-heçə ediblər.
Qadınlardan ibarət yığmamız isə üçüncü turda Gürcüstan komandasına uduzub. Belə ki, Ülviyyə Fətəliyeva Meri Arabidze, Xanım Balacayeva Salome Melia ilə heç-heçə ediblər, Günay Məmmədzadə Nana Caqnidze, Gülnar Məmmədova Lela Cavaxişviliyə uduzublar.
Azərbaycanın kişilərdən ibarət komandası 6 xalla turnir cədvəlində liderliyini davam etdirir.
Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda çıxış edir.
Çempionat noyabrın 21-dək davam edəcək.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də