
RegionTV.info bildirir ki, hazırda A.M.Şərifzadə və İ. Taılıblı küçələrinin kəsişməsində yerləşən beşmərtəbəli binalardan birində söküntü iş aparılır.
Yasamal İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.
"Layihə Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənib. Söküntü işini "SmartDom" MMC şirkəti aparır. Pilot layihə deyil", - deyə o əlavə edib.