Rusiya öz məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edir.
RegionTV.info xəbər verir ki, bunu Britaniya Silahlı Qüvvələrinin baş qərargah rəisi general Nik Karter bəyan edib.
"Rusiya davamlı mübarizə şəraitindədir. O, özünü Britaniyaya qarşı müharibədəki kimi hiss edir. Odur ki, Rusiya ilə müharibəyə hazır olmalıyıq ", - deyə general "Sky News" telekanalına müsahibəsində bildirib.
Bununla yanaşı, o, Rusiyanın əsl müharibədən yayındığını da qeyd edib.
Generalın sözlərinə görə, bu ölkə hərbi əməliyyatlarla deyil, "daha incə üsullarla" öz məqsədlərinə çatmağa çalışır.
Xəbəri paylaş