
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən RegionTV.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinə tabe olan müəssisələrdə belə qıtlıq müşahidə olunmur və kifayət qədər şpris ehtiyatı var.
Məsələyə İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyindən də aydınlıq gətirilib.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində şpris təminatında problem yoxdur. Belə ki, tibb müəssisələrində kifayət qədər şpris ehtiyatı var", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Azərbaycanda pandemiya müddətində koronavirusa əleyhinə ümumilikdə 10 milyona yaxın (noyabrın 11-i tarixinə görə, 9 983 606 ədəd) vaksin vurulub.