"Mercedes" komandasından britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə Braziliya Qran Prisinin qalibi olub.RegionTV.info bildirir ki, yeddiqat dünya çempionu 10-cu mövqedən start götürüb. Bu da əsas yarışdan əvvəlki təsnifat yarışları ilə bağlı qaydaların pozulmasının nəticəsi olub.İkinci "Red Bull" komandasının təmsilçisi Niderlandlı Maks Verstappen, üçüncü isə Finlandiyalı Valtteri Bottas ("Mercedes") olub.


