Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İspaniya və Serbiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb, Ronaldu şokda - FOTO

İspaniya millisi DÇ-2022-nin seçmə mərhələsinin son turu çərçivəsində İsveç futbol komandasına qalib gəlib.RegionTV.info bildirir ki, oyun 1:0 hesabı ilə başa çatıb. Yeganə qolun müəllifi Alvaro Morata olub.
İspaniya millisi yekun birinci yeri tutaraq Qətərdə keçiriləcək dünya çempionatına birbaşa vəsiqə qazanıb. İsveç ikinci yeri tutub və pley-offda oynayacaq.
A qrupunda Portuqaliya Serbiyanı qəbul edib. Portuqaliyalı futbolçu Kriştianu Ronaldunun da iştirak etdiyi görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib. Serbiya millisi dünya çempionatının finalına birbaşa vəsiqə qazanıb, Portuqaliya komandası pley-offda oynayacaq.
DÇ-2022-nin seçmə mərhələsi
10-cu tur
14 noyabr
A qrupu
Lüksemburq - İrlandiya 0:3
Qol: Daffi, 67. Oqbene, 75. Robinson, 88.
Portuqaliya - Serbiya 1:2
Qol: Sançes, 2 - Tadiç, 33. Mitroviç, 90.
Xal durumu: Serbiya - 20, Portuqaliya - 17, İrlandiya - 9, Lüksemburq - 9, Azərbaycan - 1.
B qrupu
Yunanıstan - Kosovo 1:1
Qol: Masuras, 44 - Rrahmani, 76.
İspaniya - İsveç 1:0
Qol: Morata, 86.
Xal durumu: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5.
H qrupu
Malta - Slovakiya 0:6
Qol: Rusnak, 6; 16. Duda, 8; 69; 80. De Marko, 72.
Sloveniya - Kipr 2:1
Qol: Zayç, 48. Çerin, 84 - Kakulis, 89.
Xorvatiya - Rusiya 1:0
Qol: Kudryaşov, 81-öz qapısına.
Xal durumu: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Malta - 5, Kipr - 5.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də