Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
RegionTV.info bildirir ki, yol qəzası Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
Dörd yol ayrıcında "STOP" nişanına məhəl qoymayan "FORD" markalı minik avtomobilinin sürücüsü nəqliyyat vasitəsi ilə digər yola keçərkən kəsişmədən keçən "Mercedes" markalı nəqliyyat vasitəsi ona çırpılıb.
Zərbənin gücündən "FORD" yolayrıcı betona və işıq dirəyinə dəyib. Qəza nəticəsində "Mercedes"in sürücüsü Ağamir Məmmədov xəsarət alıb.
Hadisə şahidləri isə baş verən qəzanı ərazidə işıqforun olmaması və küçənin işıqlandırılmaması ilə əlaqələndirib.
Ramil Quliyevin verdiyi məlumata görə, iki gün əvvəl bu ərazidə oxşar qəza baş verib.
Faktla bağlı əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşaları cəlb edilib. Avtoekspertiza təyin edilib.
Xəbəri paylaş