Fransanın "Le Telegramme" qəzeti ötən ay ölkənin Brittani bölgəsindəki bir məktəbdə yeni COVID-19 variantının aşkar edildiyini yazıb.
RegionTV.info xəbər verir ki, 24 nəfəri yoluxduran varianta B.1.X və ya B.1.640 adı verildiyi halda, əvvəlki viruslarda olmayan mutasiyaların aşkar edildiyi bildirilib.
Qeyd olunub ki, alimlərin indi B.1.640 adlandırdıqları variantdakı sünbül zülalında əvvəllər məlum olmayan dəyişikliklər müşahidə olunub. Fransa mətbuatı bu mutasiyanın nəzarətdə saxlanıldığını və diqqətlə izlənildiyini yazıb.
Həmçinin bildirilib ki, eyni variant Böyük Britaniya, İsveçrə, Şotlandiya və İtaliyada da aşkarlanıb. Professor Siril Koen vurğulayıb ki, virusun insan hüceyrələrinə birləşməsinə imkan verən uzantıda bəzi çatışmazlıqlar var. Ancaq bunun təsirli olub-olmayacağı, eyni zamanda nə qədər yoluxucu olması ilə bağlı hələ ki, məlumat yoxdur.
Bu variantın Afrikadan gəldiyini söyləyən elm adamları "peyvəndi bütün dünyaya yaymasaq, virus çoxalacaq və yeni variantlarla qarşılaşacağıq" - deyə qeyd ediblər.
Xəbəri paylaş