Abşeron rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi, "Qarabağ" ordenli şəhid mayor Mikayılov Azərin xatirəsinə həsr olunmuş"Xüsusi təyinatlı komandir-Azər Mikayılov" adlı anım tədbiri keçirilib.Tədbirdə şəhidimizin ailə üzvləri, şəhid ailələri, qazilər, şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak edib.Mərasimdə şəhidlərimizin ruhu ehtiramla yad edilib, şəhid mayor Mikayılov Azərin şərəfli döyüş yolundan söz açılaraq bildirilib ki, Azər Mikayılov Vətən müharibəsindən xüsusi qəhrəmanlıq nümayiş etdirərək düşmənin 200-dək canlı qüvvəsini və 8 texniki vasitələrin məhv edərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.Eyni zamanda Azər Mikayılova həsr olunmuş mahnı və şagirdlərin ifasında kompazisiya nümayiş etdirilib.
Qeyd edək ki, Azər Mikayılov 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçirkin kəndində anadan olub.
Azərbaycan Ordusunun mayoru Azər Mikayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbralıyın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azər Mikayılov oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov "Qarabağ" ordeni ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Azər Mikayılov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Xəbəri paylaş