Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Sülhməramlılar hərbçilərimizə hücum edən terrorçunu İrəvana VERƏ BİLƏR

Ermənistan vətəndaşı, 46 yaşlı Norayr Mirzoyan bu gün səgər saatlarında Şuşanın Daşaltı kəndi yaxınlığında hərbçilərimizə hücum edib.
 
 Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazilriyinin birgə məlumatında "RQD-5" əl qumbarasından istifadə olunmaqla törədilən hücum zamanı 3 hərbi qulluqçumuzun yaralandığı bildirilib.
 
Hadisəni törədən Norayr Mirzoyan sülhməramlılar tərəfindən saxlanılıb. Hazırda onun Xankəndi yaxınlığında sülhməramlıların qərargahında olduğu bildirilir.
Ermənistan mediası terrorçunun İrəvana təhvil verilə biləcəyini yazır. Hazırda Xankəndidə vəziyyət gərgin olaraq qalır.
 
Xatırladaq ki, Norayr Mirzoyan II Qarabağ Müharibəsində Azərbaycana qarşı döyüşlərdə iştirak edib.  

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də