Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Hərbçilərimizi yaralayan terrorçunu Azərbaycan mühakimə etməlidir

Bu gün səhər saatlarında Xankəndi-Şuşa yolunda Azərbaycan Ordusu ilə Rusiya sülhməramlı kontingentinin birgə postlarından birində terror aktı baş verib.Yük maşınında posta yaxınlaşan erməni milliyətindən olan şəxs gözlənilmədən qumbara çıxararaq postun Azərbaycan hərbçiləri dayanan hissəsinə atıb. Vaxtında ərazidən uzaqlaşa bilən hərbçilərimiz ağır xəsaərtlər almayıb.
Bəs terror aktını törədən Ermənistan vətəndaşı Norayr Mirzoyan kim tərəfindən cəzalandırılmalıdır?
 
Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Modern.az-a danışarkən sülhməramlıların terrorçunu Azərbaycana təhvil verməli olduğunu söyləyib.
 
"Bu cinayət bizə qarşı, bizim öz ərazimizdə törədilib, cəzasını da biz verməliyik. Erməni terrorçunu Azərbaycan Məhkəməsi mühakimə etməlidir. Sülhməramlıların və ya kiminsə hər hansı iddiası varsa haqsız və ədalətsiz iddiadır”.
 
Deputatın fikrincə, erməni tərəfinin cinayətləri bundan sonra da çox olacaq.
“Bu terror, cinayət nə birincidir, nə də sonuncu olacaq. Nə qədər ki, onlarla sərhəd təmasında yaşayırıq, nə qədər ki, separatçıların tör-töküntüləri Qarabağda qalmağa davam edir, tərksilah olunmurlar bu hadisələr olacaq. Bir məsəl var: ilanın quyruğunu tapdalayıb, sağ buraxmaq olmaz. İndi biz onların quyruğunu tapdalamışıq, başını da əzməliyik".

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də