Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bəzi çaylarda suyun səviyyəsi azalıb

Noyabrın 13-də respublika çaylarında və tranzit çaylarda mövcud vəziyyət açıqlanıb.
 
Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 13-də Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidor məntəqəsində suyun səviyyəsində 45 sm, Viləşçay-Şıxlarda 21 sm, Təngərüdçay-Vaqoda 19 sm, o cümlədən Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay-Ağbaşlarda 3 sm, Kürəkçay-Çaykənddə 1 sm azalma qeydə alınıb, Gəncəçay Zurnabad və Böyük Qafqazın ərazisindən axan Vəlvələçay-Təngəaltı məntəqələrində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.


Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 163 kub.m/s qeydə alınır ki, bu da ongünlük normanın 93 %-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 102 kub.m/s olmaqla, ongünlük normanın 58 %-ni təşkil edib.


Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi 63,0 kub.m/s qeydə alınır ki, bu da ongünlük normanın 74%-ni təşkil edir. 2020-ci ilin müvafiq dövründə bu rəqəm 47,0 kub.m/s olmaqla, ongünlük normanın 55 %-ni təşkil edib.

Kür-Surra məntəqəsində suyun səviyyəsi 14 sm artıb və səviyyə 311 sm olub, su sərfi isə 70,0 kub.m/san (2020-ci ildə səviyyə 215 sm su sərfi isə 64,5 kub.m/san təşkil edib), Kür-Şirvanda suyun səviyyəsi 2 sm azalaraq 113 sm olub (2020-ci ildə səviyyə 75 sm təşkil edib), Kür-Bankədə suyun səviyyəsi 3 sm azalaraq səviyyə 108 sm olub (2020-ci ildə 125 sm təşkil edib).
 
Araz-Novruzluda isə suyun səviyyəsi 1 sm artıb və səviyyə 67 sm olub (2020-ci ildə səviyyə 60 sm təşkil edib).

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də