Nüfuzlu “WikiLeaks” platformasının qurucusu Culian Assanj və nişanlısı Stella Morrisa Böyük Britaniyanın “Belmarsh” həbsxanasında evlənmək üçün icazə verilib.
Bu barədə BBC yazıb.
Məlumata görə, Assanjın müvafiq müraciəti “adi qaydada nəzərdən keçirilib” və cütlük 1983-cü ildə qəbul edilən qanuna əsasən, həbsxanada evlənə bilər.
Artıq beş ildir ki, nişanlı olan 38 yaşlı Stella Morris və Culian Assanjın iki övladı var. Onlar bu ilin may ayından həbsxanada evlənmək üçün icazə almağa çalışırdılar.
Xatırladaq ki, 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edən Culian Assanj, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də “Scotland Yard” Assanjı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanja qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə “WikiLeaks” saytının qurucusunu 175 il həbs cəzası gözləyir.