
RegionTV.info bildirir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb.
Karxanada usta işləyən 1975-ci il təvəllüdlü Bayramov Elsəvər Şubayın oğlunun qolunu ehtiyatsızlıqdan daşdoğrayan mişar kəsib.
46 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağ qolunu amputasiya ediblər. Pasientin vəziyyətinin kafi olduğu bildirilir. Hadisəni səbəbləri araşdırılır.