
Rusiya Federasiyası Elmlər Akademiyasının M.V.Keldış adına Tətbiqi Riyaziyyat İnstitutunun əməkdaşı Leonid Yelenin Yerə yaxınlaşan yeni asteroid kəşf edib.
RegionTV.info bildirir ki, asteroidin görüntüləri Abastuman rəsədxanasının AS-32 tipli teleskopu ilə alınıb.
Bildirilir ki, bu alim tərəfindən kəşf edilmiş 14-cü obyektdir. Asteroidə ilkin olaraq 2021 UL17 kimi təyin edilib və noyabrın 11-də o yerdən 18 milyon km məsafədə uçur.
Hazərda alimlər potensial təhlükəli obyektin trayektoriyasını aydınlaşdırmağa çalışırlar.