Şotlandiyada kommersiya plantasiyalarında şam ağaclarını qırmağa başlayıblar. Bildirilir ki, bu, ağacların olduğu ərazidəki qurumuş torf sahələrini bərpa etmək və bununla da planeti istixana qazlarından xilas etmək məqsədilə edilir.
RegionTV.info bildirir ki, mütəxəssislərin fikrincə, bu addım bioloji müxtəlifliyi qoruyub saxlamağa kömək edəcək.
Lazerli skan nəticəsində əldə olunan məlumata görə, Banloit kəndinin torf torpaqlarında 1,2 milyon ton karbon var, bu isə Şotlandiyanın illik karbon emissiyasının təxminən iki faizinə bərabərdir. Torf torpaqlarında külli miqdarda şam ağaclarının əkilməsi torf sahələrini zədələmiş və qurutmuşdur ki, bu da istixana qazlarının emissiyasını o dərəcədə artırıb ki, ağaclar onları udmaq iqtidarında deyil.
İynəyarpaqlı meşələrin qırılması Rewilding Europe Bunloit Rewilding layihəsinin torf bataqlaşması proqramının bir hissəsi olacaq. Mütəxəssislərin hesablamalarına görə, torf bataqlıqlarının bərpası 100 il ərzində 60 min ton karbonun saxlanmasına kömək edir. Bataqlıqlar regionda biomüxtəlifliyin qorunması məqsədinə uyğun olaraq bir çox flora və fauna növlərinin yaşayış yerinə çevriləcək.
Xəbəri paylaş