
RegionTV.info xəbər verir ki, Cənubi Kaliforniya Universitetinin ərazisinə qoyulduğu iddia edilən bomba ilə bağlı məlumata əsasən binalara baxış keçirən hüquq-mühafizə orqanları artıq bunun dezinformasiya olduğunu bildirib, universitet işini davam etdirir. Həmçinin Massaçusets Texnologiya İnstitutunun ərazisində partlayıcı qurğunun olmasına dair heç bir sübut aşkarlanmayıb.
Ötən həftə ABŞ-ın bir neçə universiteti sonradan yalan olduğu aydınlaşdırılan bomba təhdidləriylə bağlı işçiləri və tələbələri təxliyə edib. Bunları sırasına Yale, Kolumbiya, Kornell və Braun universitetlərini aid etmək olar.