Amerikalı tədqiqatçılar hazırladıqları SLR14 RNT elementinin orqanizmdə I tip interferonların (fitri immun reaksiyanın əsas vasitəsi) istehsalını uğurla aktivləşdirdiyini və koronovirusa yoluxmadan qoruduğunu bildiriblər.
RegionTV.info bildirir ki, tədqiqatların nəticələrinə dair hazırlanan məqalədə bildirilir ki, interferon terapiyasının COVID-19-dan ölüm hallarının azaldılmasında effektiv olduğu sübuta yetirilib, lakin bu çox bahalı müalicə metodudur.
Yale Tibb Məktəbi tədqiqatçıları daha ucuz alternativ təklif ediblər. SARS-CoV-2-nin genetik materialını təqlid edən və RIG-I reseptorlarını aktivləşdirən RNT-nin ikincil strukturunun elementlərini xəstələr tərəfindən qəbulu yaranmış vəziyyətdən çıxış yolu kimi göstərilir. Alimlər yeni müalicə üsulunu COVID-19-a yoluxmuş siçanlarda sınaqdan keçiriblər. Gəmiriciləri ağır xəstəlikdən və ölümdən qorumaq üçün bir SLR14 dozası kifayət edib.
Üstəlik, SLR14 delta variantı da daxil olmaqla, koronavirusun yeni variantlarından da qorunmanı təmin edib. İmmuniteti zəifləmiş siçanlarda preparat demək olar ki, orqanizmi tamamilə virusdan təmizləyə bilib. Tədqiqatçıların fikrincə, bu, onlara immuniteti zəifləmiş xəstələri müalicə etməyə imkan verəcək.
Xəbəri paylaş