
RegionTV.info xəbər verir ki, hadisə vaxtı vertolyotun göyərtəsində üç ekipaj üzvü olub.
Onların yüngül xəsarət aldıqları bildirilir.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
Verilən ilkin rəsmi məlumata əsasən, qəza "Mi-8" helikopterinin ağacların yuxarı hissəsinə toxunmasından sonra baş verib.
