
RegionTV.info bildirir ki, bunu Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" jurnalının baş redaktoru, məşhur hərbi ekspert İqor Korotçenko bu gün Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində rusiyalı deputat və ekspertlərin gənclərlə görüşü və dəyirmi masa zamanı deyib.
Ekspert bildirib ki, Azərbaycanla Rusiya prezidentləri arasında öz ölkələri və xalqları naminə dostluq münasibətləri mövcuddur:
"Ölkələrimiz təkcə müttəfiq deyil, həm də bir çox ümumi cəhətə malikdir. Azərbaycan da Rusiya kimi özünü təmin edə bilən ölkədir. Rusiya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib", - deyə İ.Korotçenko bildirib.