Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bakıda məşhur generalın restoranı CƏRİMƏLƏNDİ - BU SƏBƏBƏ GÖRƏ - FOTO

 Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.
RegionTV.info bildirir ki, AQTA tərəfindən keçirilən monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs "XS-500 Group" MMC-yə məxsus "Atlantis" restoranı.
Qeyd edək ki, AQTA tərəfindən cərimələnən "Atlantis" restoranı Azərbaycan Respublikasının keçmiş Hərbi Komissarı və millət vəkili, general-leytenant Əliağa Hüseynova məxsusdur 

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də