Növbəti il dünyanın səhiyyə xidməti qurumları koronavirusa qarşı peyvənd üçün istifadə olunan tibbi şprislərin çatışmazlığı ilə üzləşə bilər.
RegionTV.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, cari ildə dünyada 6,8 milyarddan çox COVID-19 peyvəndi vurulub.
Hazırda isə illik istehsal olunan şprislərin sayı isə altı milyard ədəd təşkil edir.
ÜST-ün dərman və sağlamlıq məhsullarına çıxış üzrə baş məsləhətçisi Liza Hedman bildirib ki, 2022-ci ildə dünyada şpris çatışmazlığı iki milyard şprisə bərabər ola bilər.
"Şpris qıtlığı, bütün dünyada uşaqların peyvənd edilməsində gecikmələrə səbəb ola bilər və yoxsul ölkələri iynələrdən təkrar istifadə etməyə təşviq edə bilər. Bu, olduqca təhlükəli bir təcrübədir", - deyə ÜST rəsmisi vurğulayıb.
Xəbəri paylaş