Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qəbələdə karantini pozan toy sahibləri cərimələnib - FOTO

Qəbələdə karantin qaydalarını pozan toy sahibləri cərimələnib.
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı fərdi evlərdə təşkil olunan toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan RegionTV.info-ya verilən məlumata görə, rayonun Aydınqışlaq kəndi və Nic qəsəbəsində yerləşən fərdi evlərin həyətyanı sahələrində keçirilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.
Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Yavər Qarayev, Vitaliy Mancari və Telman Dabakov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.Məhkəmənin də qərarı ilə onların hər biri 400 manat məbləğində cərimələnib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də