Yaponiyada qocaları zəhərləyərək öldürən tibb bacısı həbs edilib.
RegionTV.info xəbər verir ki, 5 il əvvəl Yokohama şəhərində xəstəxanada 3 yaşlı xəstəni zəhərləyərək öldürən tibb bacısına hökm oxunub. O, ittihamları qəbul edib və qoca xəstələri zəhərləyib öldürdüyünü boynuna alıb.
Məhkəmə zamanı hakim tibb bacısına edam cəzası vermək istəsə də, vəkili həmin vaxt onun psixi vəziyyətinin yaxşı olmadığını vurğulayaraq ömürlük cəza istəyib.
Qeyd edək ki, həmşirənin venadaxili antiseptik məhlul ilə qarışdırılmış dezinfeksiyaedici maddə yeritdiyi üç qoca xəstə 2016-cı ilin sentyabrında öldü.
Xəbəri paylaş