Bu gün Bakıya səfərə gələn Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə gedib.
Ermənistan qoşunları tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərlə yerində tanış olmaq məqsədilə Gəncəyə yollanan nümayəndə heyətinin səfəri davam edir.
Qeyd edək ki, sözügedən nümayəndə heyəti Bakıda Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə də görüşüb.