
RegionTV.info xəbər verir ki, bunu "oxu.az"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, gün ərzində paytaxtda fasilələrlə yağış yağacaq: "Havanın temperaturu 9 dərəcə isti təşkil edəcək".
O bildirib ki, bölgələrdə yağıntılı hava şəraiti davam edəcək: "Bəzi yerlərdə yağış, dağlıq və dağətəyi yerlərdə qar yağacaq".
G.Məmmədova əlavə edib ki, noyabrın 12-si səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti sabitləşəcək.