
Kərimbəyli kənd sakini, 1971-ci il təvəllüdlü Zayidov Sadiq Firudin oğlu idarə etdiyi motosikleti dirəyə çırpıb. Nəticədə motosikletçi ağır sınıq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.