Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin rəhbəri Aşot Zakaryan tezliklə vəzifəsindən azad ediləcək.
Bu barədə “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet iddia edib ki, hərbi polis rəisinin vəzifəsindən uzaqlaşdırılması Milli Təhlükəsizlik Xidmətinin başlatdığı “silah işi” ilə bağlı ola bilər. Həmin işlə əlaqədar keçmiş müdafiə naziri David Tonoyan və biznesmen David Qalstyan həbs edilib.
Məlumata görə, əmək müqaviləsinin müddəti oktyabrın 10-da başa çatan Zakaryan hazırda işə getmir, bülleten götürüb və bu, istefasının gecikməsinə səbəb olub.
“Hərbi polisdəki mənbələrimizə görə, hətta hərbi polisə müvəqqəti rəis də təyin olunub, lakin Zakaryan bizimlə söhbətində istefası ilə bağlı yayılan xəbərləri qətiyyətlə təkzib edib və bildirib ki, o, heç vaxt işdən kənarda olmayıb”, - qəzet yazır.
Xatırladaq ki, keçmiş müdafiə naziri sentyabrın 30-da istifadəyə yararsız təyyarə raketlərinin alınması ilə bağlı açılmış cinayət işi çərçivəsində həbs edilib. İstintaq Tonoyan və Qalstyanı 4,6 milyon dollar mənimsəməkdə ittiham edir.