Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Tik-Tok”dakı rəyə görə adam ÖLDÜRDÜ

Noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
Bu barədə Nizami rayon prokurorluğundan  verilən məlumatda bildirilib.
 
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirmiş və nəticədə o, xəstəxanaya aparılarkən yolda ölüb.
 
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də