Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

“Əsgərə kabab bişirdim, saç-saqqallarını qırxdım, texnikaları təmir və idarə etdim” - Ön cəbhədə olan müğənni






“Yaxın dostlarım məndən tələb etdilər ki, danışım. İşğaldan azad olunmuş torpaqlarımızda bu gündən internet olduğu üçün istədim açıqlama verim. Deməli belə, oktyabrın 22-dən könüllü olaraq çox çətinliklərlə cəbhəyə gəldim. Mən əlimə silah alıb erməninin üstünə getmədim həmən. Təbii ki, o silahı əlimə versəydilər, mən də həmən başlayardım vuruşmağa. Çünki arzum idi”.

Bu sözləri hazırda ön cəbhədə olan müğənni Vüqar Muradov yazıb. Müğənni onu özünü reklam etməkdə ittiham edənlərə cavab verib.

“Mən əsgərə heyvan kəsib kabab, yemək bişirdim, saç-saqqallarını qırxdım, dostlarım vasitəsiylə əsgər payı gətizdirdim, texnikanı, sürücülüyü yaxşı bildiyim üçün texnikaları təmir etdim, böyük və kiçik texnikaları idarə etdim, təminatları ünvana çatdırdım, hərdən onlara mahnı oxudum. Bəli, mən ön cəbhənin lap yaxınlığında bunları etdim. Bunları etmək mənə zövq verdi, heç zaman xoşbəxt olmamışdım belə. Cəbhə, müharibə reklam yeri deyil. Mən ömür boyu vicdanla, şərəfimlə yaşamışam, ucuz reklamlar ucuz insanların işidir. Haqqımda ucuz sözlər yazanlara demək istəyirəm ki, etməyin, eləməyin. Xahiş edirəm, mənə dəyməyin. Axı biz hamımız həmrəy olduq bu savaşda, biz qalib gəldik, bir-birimizin ətini çeynəməyək artıq. Hazırdada cəbhədəyəm və hələ də burda olacam. Mən şərəfimi itirməmişəm ki, özümü əsgər paltarında reklam edim. 197 sm boyunda,120 kq çəkidə canavar kimi oğlanam. Mən burda olmayım, bəs nə edim? Yaşasın Ali Baş Komandan, şanlı Azərbaycan ordusu və Azərbaycan xalqı. Söhbət vətəndən gedirsə, gerisi təfərrüatdır. Son damla qanım da qurban və fəda olsun vətənim üçün”.






Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də