Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

ABŞ-dan Saakaşvili ÇAĞIRIŞI

“Biz bir daha Gürcüstan hökumətini Saakaşvili ilə beynəlxalq standartlar və Gürcüstan qanunvericiliyinə müvafiq olaraq ədalətli və ləyaqətli davranmağa çağırırıq”.
 
ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays keçirdiyi mətbuat konfransında jurnalistin sualına cavabında belə deyib.
 
O, ABŞ-ın Gürcüstan hökumətini M. Saakaşvilinin təcili psixoloji və fiziki ehtiyaclarını qarşılamağa çağırdığını qeyd edib: "Biz sabiq prezident həbs edildiyi vaxtdan indiyədək ona qarşı göstərilən münasibət, Gürcüstanın ombudsmanının sabiq Prezident Saakaşvilinin həbsi ilə bağlı narahatlıq doğuran bəyanatı da daxil olmaqla vəziyyəti yaxından müşahidə edirik. O bəyanata əsaslanaraq biz Gürcüstan hökumətini Saakaşvilinin həm psixoloji, həm də fiziki ehtiyaclarının qarşılanması üçün təcili addımlar atmağa çağırırıq. Bildiyimiz kimi, məhbusları zorakılıqdan və psixoloji təzyiqdən qorumaq hər zaman Gürcüstan hökumətinin məsuliyyətidir”, - deyə Ned Prays bildirib.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də